BQXK fələstinli əsirlərin durumundan nigarandır
Beynəlxalq Qızıl Xaç Komitəsi bir hesabatda bildirib ki, 39 gün ərzində aclıq keçirən fələstinli məhbuslar pis cismani və ruhi durumdadırlar.
Livanın Əlməyadin telekanalının məlumatına görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin işğal olunmuş ərazilərdəki müalicə idarəsinin müdiri Qabriel Salazar bu gün səhər tezdən bildirib ki, aclıq aksiyasının başlanmasından altı həftənin keçməsindən sonra aclıq keçirən fələstinli məhbusların cismani şəraiti nigaranedici mərhələyə çatıbdır. O, əlaqədar tərəflərdən istəyibdir ki, bu məsələyə son qoymaq üçün bir həll yolu tapsınlar.
Belə bir halda, işğal olunmuş ərazilərdəki Əsqəlan məhbəsinin müdiri deyib ki, dünən aclıq keçirən fələstinli məhbuslardan 15 nəfəri ağır cismani vəziyyətə görə, xəstəxanaya köçürülübdür.
1700-ə yaxın fələstinli əsir aprelin 17-dən bəri aclıq aksiyası keçirir. Onlar "Azadlıq və ləyaqət!" şüarı ilə sionist rejimin rasist siyasət və rəftarlarına etiraz edirlər.