Seyid Həsən Nəsrullah: Ərriyad iclası böyük bir rüsvayçılıq idi
-
Seyid Həsən Nəsrullah: Ərriyad iclası böyük bir rüsvayçılıq idi
Seyid Həsən Nəsrullah Livanın 2000-ci il mayın 25-də sionist rejim üzərində qələbə çalmasının 17-ci ildönümü münasibətilə etdiyi çıxışında vurğulayıb: Ərriyad iclası böyük bir rüsvayçılıq idi; səud rejimi Amerikaya rüşvət verdi ki, onu terrorizmi himayə ittihamından təmizə çıxarsın.
Seyid Həsən Nəsrullah Ərriyad amerikan-ərəb iclasına toxunaraq, deyib: Bu iclasın müqavimətin fəaliyyətlərinə heç bir təsiri olmayacaq. O, vurgulayıb: Terrorizmlə mübarizədə İslam müqaviməti inamla addımlayır və bütün xalqların öz tələblərinə caçatacaqları anadək mübarizəni dayandırmayacaqdır.
Livan Hizbullahının baş katibi həmçinin deyib: Ərriyad iclası Trampa təşəkkür üçün təşkil edilmişdi və yanlız amerikalı və səud mediaları onun barəsində hay-küy qoparıblar.
Nəsrullah söyləyib: İran yeganə ölkədir ki, İŞİD terror qrupunun İraqa və Suriyaya hücum etdiyi zaman bu ölkələrin kənarında durdu, halbuki Ərəbistan terrorçulara pul göndərir.
Livan Hizbullahının baş katibi həmçinin Bəhreynin durumuna toxunaraq, deyib: Bəhreyn xalqını qırğın etmək və həbsə atmaq Ərriyad iclası və Amerika prezidentinin regiona səfərinin nəticələrindəndir.
Seyid Həsən Nəsrullah söyləyib: Əgər Ali-Xəlifə rejimi Bəhreynə dincliyin qayıtmasını istəyirsə, onda tanınmış bəhreynli ruhani Şeyx İsa Qasimi tez bir zamanda azad etməlidir.