May 27, 2017 12:52 Asia/Baku
  • Suriyanın şimalında 120 terrorçu öldürülüb
    Suriyanın şimalında 120 terrorçu öldürülüb

Rusiyanın Rəqqə şəhərində terrorçuların mövqelərinə olan hava hücumlarında 120 terrorçunun öldüyü bildirirlir.

Bu hücumlar zamanı həmçinin, terrorçulara məxsus 32 döyüş maşını da məhv edilib. 

Digər tərəfdən Suriya ordusu İŞİD terrorçuları ilə gedən döyüşlərin ardınca Homs vilayətinin cənub-şərqində bəzi məntəqələrə nəzarəti ələ keçirib. Bu əməliyyat zamanı çoxlu sayda terrorçu öldürülüb və ya yaralanıb. 

Suriya ordusu həmçinin, İŞİD-in işğalı altında olan əraziləri ağır artilleriya ilə hədəfə alıb. Bu hücum zamanı terrorçulara ciddi zərər və ziyanlar dəyib, insan tələfatı veriblər. 

Suriyalı qüvvələr Müzəffin məntəqəsində isə İŞİD-in uzunluğu 60 metr olan bir tunelini partladıblar. Nəticədə bir qrup terrorçu həlak olub. 

Teqlər