Bəhreyn din ailmləri həlak olanların ailələrini müdafiə üzrə ümumi çağırış ediblər
-
Bəhreyn din ailmləri həlak olanların ailələrini müdafiə üzrə ümumi çağırış ediblər
Bəhreynin din alimləri şəhidlərin cənazələrinin təhvil alınması üzrə şəhid ailələrinin hüquqlarını müdafiə məqsədi ilə ümumi mitinqlərin keçirilməsini istəyiblər.
Ali-Xəlifə rejimi Bəhreynin tanınmış şiə ruhanisi Şeyx İsa Qasımı müdafiə yolunda şəhid olanların cənazələrini ailələrinə təhvil verməkdən imtina edərək, onları heç bir mərasim olmadan dəfn etmək istəyir.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Bəhreynin din alimləri bir bəyanat yayaraq, Əddiraz məntəqəsində şəhid olanların ailələrinin öz övladlarının cənazələrini təhvil almaq üzrə haqqını müdafiə etmək məqsədi ilə bildiriblər ki, Ötən bir ildə din, əqidə və dinin müdafiəçisi olan Şeyx İsa Qasımı himayə üzrə olan səylər sübut etdi ki, Bəhreyn xalqının Ali-Xəlifə rejiminin cinayətlərinə yeganə cavabı "son damla qana kimi mübarizə"dir.
Ali-Xəlifə rejimi ötən bazar günü tanınmış ruhani Şeyx İsa Qasım barəsində əmlakı müsadirə edilməklə bir il azadlıqdan məhrumetmə cəzası çıxartdı. Bu da Bəhreyn xalqının qəzəblənməsinə səbəb oldu. Bu qərarın ardıcna Bəhreynin təhlükəsizlik qüvvələri Şeyx İsa Qasımın yaşadığı Əddiraz məntəqəsinə basqın edərək, şeyxi müdafiə edən məntəqə sakinlərindən 6 nəfərini qətlə yetirib, 200 nəfəri yaralayıb, 300 nəfəri isə həbs ediblər.