May 28, 2017 11:38 Asia/Baku
  • Təl-Əvivdə aksiya
    Təl-Əvivdə aksiya

Minlərlə israilli İsrail rejiminin Qərb Sahili və Qüdsün şərqində yaşayış massivlərinin qanunsuz şəkildə genişləndirilməsi siyasətinə etiraz olaraq Təl-Əvivdə aksiya keçirib.

Fələstinin MƏA xəbər agentliyinin verdiyi məlumata görə, şənbə günü axşam Təl-Əvivdə keçirilən aksiya Fələstin ərazilərinin sionistlər tərəfindən işğal edilməsinin 50-ci ildönümü münasibəti ilə "İndi Sülh" adlı hərəkat tərəfindən keçirilib. 

"İndi Sülh" hərəkatının sədri Avi Yuskila deyir: Bu aksiyanın keçirilməsində məqsəd işğalçılıq, zorakılıq və irqçiliyə etiraz etməkdir. Artıq israillilərin işğalçılıq ilə müxalif olduqlarını hamıya sübut etməyin zamanı çatmışdır. 

Fələstin özünüidarə hökumətinin başçısı Mahmud Abbas isə sionist rejimin 1967-ci il sərhədlərinə qayıtmasını istəyib. Mahmud Abbasın müraciəti Təl-Əvivdə aksiya iştirakçıları qarşısında qiraət olunub. 

Teqlər