Əl-Əvamiyə hələ də Ali-Səud qüvvələrinin mühasirəsindədir
Ərəbistanın şərqində yerləşən şiə sakinli Əl-Əvamiyə qəsəbəsi artıq 18 gündür ki, Ali-Səud rejiminin təhlükəsizlik qüvvələrinin mühasirəsindədir və davamlı olaraq təhlükəsizlik qüvvələri tərəfindən atəşə tutulan, ciddi dağıntılara məruz qalan qəsəbə sakinləri Ramazan ayının ilk gününü mühasirədə qeyd ediblər.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Ərəbistan hərbçiləri şənbə günü şəhid Şeyx Nimr əkin sahəsinə hücum edərək, oranı tamamilə yararsız hala salıblar. Bu hücumlarda məqsəd Şeyx Nimrin doğulduğu qədim Əl-Məsurə kəndini dağıtmaqdır. Zira bu kənd Ərəbistanın şərqində bir növ müqavimətin simvoluna çevrilib.
Ali-Səud hərbçiləri həmçinin, ötən günlər ərzində "Napalm" bombaları kimi qadağan edilmiş silahlardan istifadə edərək, yaşayış məntəqələrini hədəfə alıblar. Nəticədə çoxlu sayda insan yaralanıb.
BMT-nin mədəniyyət məsələləri üzrə xüsusi məruzəçisi Kərimə bin Əvn "Əl-Məsurə" kəndinin qədim hissəsinin dağıdılmasını tənqid edərək, deyib: Ali-Səud rejiminin bu hərəkəti şəhərin tarixi və mədəni irsinin məhv edilməsi ilə nəticələnib. Bu isə insan haqlarının kobud şəkildə pozulması deməkdir.