Bəhreynli şəhidlərin cənazələri ailələrinin iştirakı olmadan dəfn edildi
-
Bəhreynli şəhidlərin cənazələri ailələrinin iştirakı olmadan dəfn edildi
Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri paytaxt Manamanın Əddiraz məntəqəsində şəhid olan 5 bəhreynlinin cənazəsini ailələrinin iştirakı olmadan dəfn ediblər.
Ali-Xəlifə rejimi bazar günü Bəhreynin tanınmış ruhanisi Şeyx İsaq Qasımı əmlakı müsadirə edilmək şərti ilə bir il həbsə məhkum etdi. Bu qərarın ardınca təhlükəsizlik qüvvələri Əddiraz məntəqəsində yerləşən Şeyx İsa Qasımın mənzilinə hücum etdilər. Bu hücum zamanı təhlükəsizlik qüvvələri ilə Şeyx İsa Qasımın müdafiəsinə qalxmış insanlar arasında çıxan toqquşmada 6 nəfər həlak olmuş, 200 nəfər yaralanmış, 300 nəfər isə həbs edilmişdi.
Bəhreyndə çıxan Əl-Vəsət qəzetinin yazdığına görə, Bəhreynin təhlükəsizlik qüvvələri Əddiraz məntəqəsində şəhid olanlardan üçünün cənazəsini Əl-Məhrəq, 2-nin cənazəsini isə Əl-Mahuz qəbiristanlığında dəfn ediblər.
Bu arada, Bəhreynin müxtəlif məntəqələri bazar günü Ali-Xəlifənin cinayətlərinə etiraz olaraq Şeyx İsa Qasımı himayə aksiyalarının şahidi olub.