Bağdad partlayışında 11 nəfər ölüb
-
Bağdad partlayışında 11 nəfər ölüb
İraqın paytaxtında bomba qoyulmuş avtomobilin partlaması nəticəsində azı on bir nəfər həlak olub.
Əlaləm telekanalı iraqlı qaynaqlara istinadla xəbər veribdir ki, dünən gecə İraqın paytaxtı Bağdadın mərkəzində yerləşən Əlkəradə məntəqəsində bomba qoyulmuş bir avtomobilin partlaması nəticəsində azı on bir nəfər həlak olub və çoxlu sayda insan da yaralanıbdır ki, yaralılardan bəzilərinin durumu ağır elan olunubdur.
İraqın xalq və ordu qüvvələrinin son həftələrdə təkfirçi İŞİD terrorçularının yerləşdikləri əsas mərkəz olan Mosul şəhərinin şimal cəbhəsindəki uğurlarından sonra bu ölkənin təhlükəsizlik rəsmiləri terrorçu və təkfirçi qrupların İraqın müxtəlif məntəqələrində kor-koranə hücumlarının artması ehtimalından xəbər veriblər.
İraqlı rəsmilərin dediklərinə görə, terrorçular öz himayədarlarını və ümumi fikri özlərinin son məğlubiyyətlərindən yayındırmaq, həmçinin şəhər məntəqələrində qorxu hissi yaratmaq məqsədilə şəhər məntəqələrində terror hücumlarını ön plana çəkiblər.