May 30, 2017 16:49 Asia/Baku
  • Bağdad terror partlayışında tələfatın sayı artıb
    Bağdad terror partlayışında tələfatın sayı artıb

Məlumatlı iraqlı mənbələr dünən gecə Bağdadın Əlkəradə məhəlləsində baş vermiş terror partlayışındakı tələfatın sayının artmasından xəbər veriblər.

Livanın Əlməyadin telekanalının məlumatına görə, İraqın polis mənbələri dünən axşamçağı Bağdadın Əlhuriyyə meydanındakı izdihamlı Əlkəradə məhəlləsində yerləşən bir ticarət mərkəzinin yaxınlığında bomba qoyulmuş bir avtomobilin partlamasından xəbər veriblər. Bu hadisədə ölənlərin sayı 15-ə, yaralananların miqdarı isə 55-ə çatıbdır.

Bundan öncə həlak olanların sayı 11 nəfər elan olunmuşdu. İŞİD terror qrupu Bağdadın izdihamlı Əlkəradə məhəlləsindəki terror partlayışının məsuliyyətini öz üzərinə götürübdür.

Teqlər