Suriyanın şərqində 5 min kv/km-lik ərazi azad edilib
-
Suriyanın şərqində 5 min kv/km-lik ərazi azad edilib
Böyük "Əlfəcr Əlkubra" əməliyyatının ilk mərhələsində Suriya ordusu və onun müttəfiqləri Suriyanın şərqində İŞİD-in işğalı altında olan məntəqələrdən beş min kvadrat/kilometrdən çox bir ərazini azad edə biliblər.
Fars xəbər agentliyinin məlumatına görə, mayın 25-dən Suriyanın şərq səhralarında İŞİD-ə qarşı "Əlfəcr Əlkubra" adı altında genş bir əməliyyata başlamış Suriya ordusu və onun müttəfiqləri bu əməliyyatın başlanmasından beş gün sonra bu gün Suriyanın şərqində İŞİD-in işğalı altında olan məntəqələrdən beş min kvadrat/kilometrdən çox bir ərazini azad edə biliblər.
Bu məntəqələrin azad edilməsi Suriyanın mərkəzi məntəqələri və Dəməşq vilayətinin şərqinin təhlükəsizlik qurşağının genişləndirilməsi və bu məntəqələrin təhlükəsizliyinin daha da artırılması mənasındadır.