Fələstinli evlər təhlükə qarşısında
May 30, 2017 18:56 Asia/Baku
Human Rights Watch təşkilatı bildirib ki, işğal olunmuş Qüdsdəki 90 min ev dağıdılma təhlükəsi qarşısındadır.
Fələstin informasiya mərkəzinin məlumatına görə, Human Rights Watch təşkilatı bir hesabatda bildirib ki, sionist rejim işğal olunmuş Qüdsün sakini olan fələstinlilərə tikinti icazəsi vermir və təkcə Qüds ərazisinin on iki faizini fələstinlilərin tikinti işləri üçün ayırıbdır və bu məntəqə çox sıx bir məntəqədir.
Belə bir halda, Şərqi Qüds ərazisinin 35 faizi sionist qəsəbələrin inşası üçün nəzərdə tutulubdur.