Rusiyanın raketi İŞİD-in mövqeyini dağıdıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i271270-rusiyanın_raketi_İŞİd_in_mövqeyini_dağıdıb
Rusiya Müdafiə Nazirliyi Suriyada İŞİD terrorçularının mövqeyinin sualtı qayıq və hərbi gəmidən qanadlı kruz raketi ilə vurulduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 31, 2017 09:41 Asia/Baku
  • Rusiyanın raketi İŞİD-in mövqeyini dağıdıb

Rusiya Müdafiə Nazirliyi Suriyada İŞİD terrorçularının mövqeyinin sualtı qayıq və hərbi gəmidən qanadlı kruz raketi ilə vurulduğunu bildirib.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Rusiya Müdafiə Nazirliyi bildirib: Hərbi Dəniz Qüvvələri çərşənbə günü Aralıq dənizində yerləşən Admiral Esen hərbi gəmisi və Krasnodar sualtı qayığı vasitəsi ilə Suriyanın tarixi Palmira şəhərində İŞİD terrorçularının mövqelərini 4 kruz raketi ilə vurublar.

Rusiya Müdafiə Nazirliyi əlavə edib: Hədəf alınan istehkamlar, ağır təchizatlar mərkəzi və Riqqə şəhərindən ezam olunan yaraqlılar olublar.