May 31, 2017 20:57 Asia/Baku
  • İŞİD Kabildəki dəhşətli partlayışın məsuliyyətini üzərinə götürüb

İŞİD terror qruplaşması Əfqanıstanın Kabil şəhərinin diplomatların yaşadığı bölgədə dəhşətli partlayışın məsuliyyətini üzərinə götürüb.

İRİB-in məlumatına görə, bu gün səhər Kabilin Vəzir Əkbərxan diplomatların yaşadığı bölgədə dəhşətli partlayış baş verib. Nəticədə indiyə qədər 90 nəfər həlak olub, 400 nəfər də yaralanıb. Yaralıların bəzisinin vəziyyəti ağırdır. Bu terror aktında həlak olan və yaralananların əksəriyyəti sivillərdir. 

Bu partlayışda məqsəd Əfqanıstan Milli Təhlükəsizlik Xidmətinin ofisi olmuşdur. 

Partlayıcı qurğu su tankerində quraşdırılıbmış. 

Partlayış o qədər güclü olub ki, onun səsi bütün Kabildə eşidilib və bir kilometrə qədər binaların pəncərələri qırılıb və 50 avtomobil də məhv olub. 

Xarici ölkələrin əksər siyasi və iqtisadi nümayəndəlikləri Kabilin Vəzir Əkbərxan bölgəsində yerləşib. 

Teqlər