İyun 01, 2017 09:18 Asia/Baku
  • Yəmən Ənsarullah Hərəkatının baş katibi Əbdül-Məlik Əl-Hosi
    Yəmən Ənsarullah Hərəkatının baş katibi Əbdül-Məlik Əl-Hosi

Yəmənin Ənsarullah Hərəkatının baş katibi bildirib ki, bu gün vəhhabiliyi istiqamətləndirən və müxtəlif ölkələrdə yayan Səudiyyə Ərəbistanıdır.

Dünyanın müxtəlif bölgələrinə qarşı terrorçu ixrac edən vəhhabilik düşüncəsi, Əfqanıstan, Pakistan və qərbi Asiyada, müxtəlif Avropa şəhərlərində o sıradan da son vaxtlar Britaniyanın Mançestr şəhərində destabilliyin kökünü təşkil edir. 

Əl-Məsirə telekanalının verdiyi məlumata görə, Yəmən Ənsarullah Hərəkatının baş katibi Əbdülmalik Əl-Husi dünən gecə mübarək ramazan ayı münasibəti ilə etdiyi çıxışında deyib: Səudiyyə Ərəbistanı ilə Amerika arasında güclü əlaqə var və Donald Trampın Ərrəyada səfəri bunun göstəricisidir. 

Ymənin Ənsarullah Hərəkatının baş katibi deyib: Səudiyyə Ərəbistanı ABŞ-a tabeliyini açıq-aşkar şəkildə elan edir, amma Yəmən xalqının Amerikaya tabe olması qeyri-mümkündür. 

Əbdülmalik Əl-Husi deyib: Bu tabelik müsəlman ümmətə qarşı çoxlu mənfi nəticələrə gətirib çıxarır və müsəlman cəmiyyətlərin hidayət kitabı və həyat proqramı olan Qurani Kərimdən ayrılmasına səbəb olur.

 Ymənin Ənsarullah Hərəkatının baş katibi müsəlmanların Qurani Kərimə sadiq qalmalı olduqlarını vurğulayaraq deyib: Bu nurlu mənbə ,  hansısa qrupun mülahizələri əsasında deyil dəyərlər,əxlaq və təməllər əsasında yolu müsəlmanlara göstərmişdir. 

Teqlər