Ərəbistanın şərqində partlayış törədilib
-
Ərəbistanın şərqində partlayış törədilib
Ərəbistanın media fəalları sosial şəbəkələrdə ölkənin şərqində, Qətif şəhərində yerləşən mərkəzi Myas bazarında bomba quraşdırılmış bir avtomobilin partladılmasından xəbər veriblər.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, ərəbistanlı media fəalları həmçinin bildiriblər ki, Ali-Səud rejiminin təhlükəsizlik qüvvələri bu gün Qətif şəhərində vətəndaşların evlərini minaatanlarla hədəfə alıblar.
Əhrar xəbər portalının verdiyi məlumata görə, Ali-Səud hərbçiləri Əl-Əvamiyə məntəqəsində işçilərə hücum edərək, bir neçə nəfəri yaralayıblar.
Ərəbistan hərbçiləri cari ilin may ayının 10-dan etibarən şiə sakinli Şərqiyə vilayətinə hücum edərək, məntəqə sakinlərini kəskin repressiyalara başlayıblar. Ali-Səud rejimi bu ölkə şiələrini hakim rejim əleyhinə xalq etirazlarının əsas mənbəyi hesab edir.