Ali-Səud Qətifdə mülkilərə qarşı pilotsuzdan istifadə edib
Ərəbistan bu ölkənin şərqində yerləşən Qətif şəhərinin mərkəzindəki "Mias" bazarında mülkilərə hücum etmək üçün pilotsuzdan istifadə edib
Press TV-nin məlumatına görə, Ali-Səud hərbçilərinin şiə sakinli Qətif məntəqəsinin əhalisinə qarşı hücumunda Fazil Ali-Həmmadə və Muhəmməd Ali-Suyməl adlı iki nəfər öldürülüb.
Səud hərbçiləri 2017-ci il mayın 10-dan bəri Ərəbistanın Əlşərqiyyə vilayətindəki Ələvamiyyə məntəqəsinə hücum ediblər. Bəhanələri də bu olubdur ki, bu məntəqə anti-hökumət etirazlarının formalaşması ocağıdır.
Səud hərbçilərinin Ərəbistanın şərqində etirazçılara qarşı hücumları Ələvamiyyə məntəqəsi sakinlərindən bir qrupunun itkin düşməsi, həmçinin məktəblilər daxil olmaqla bir qrup vətəndaşın həlak olması və yaralanması ilə nəticələnibdir.