Sionistlər Suriyada yaralı terrorçuları müalicə etdiklərini etiraf ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i271472-sionistlər_suriyada_yaralı_terrorçuları_müalicə_etdiklərini_etiraf_ediblər
Sionist rejimin bir hərbi məsul şəxsi bir iddiada Suriyada yaralı terrorçular və suriyalı müxaliflərin müalicə olunmalarını üzdəniraq "ən müqəddəs iş" adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 02, 2017 08:37 Asia/Baku
  • Sionistlər Suriyada yaralı terrorçuları müalicə etdiklərini etiraf ediblər

Sionist rejimin bir hərbi məsul şəxsi bir iddiada Suriyada yaralı terrorçular və suriyalı müxaliflərin müalicə olunmalarını üzdəniraq "ən müqəddəs iş" adlandırıb.

Fars xəbər agentliyinin məlumatına görə, sionist rejim ordusu bölmələrindən birinin işğal olunmuş Cövlan yüksəkliklərindəki üzdəniraq yardım işləri üzrə rəis müavini Avyad Kamissa sionist "Ceruzalem Post" qəzeti ilə müsahibədə Suriyadakı terrorçu yaralıları sionist əsgərlər kimi hesab edib. O, etiraf edibdir ki, İsrail rejimi terrorçuların müalicəsini ən modern təchizatlardan istifadə ilə sürətlə və ən yaxşı formada həyata keçirir.

İnidiyədək Suriyadan gətirilmiş üç mindən çox müxalif və terrorçu, sionist rejim ordusunun həkimləri tərəfindən müalicə olunubdur və onlar sağaldıqdan sonra bir daha Suriyanın qanuni hökumətilə savaş meydanına göndərilirlər.

İsrail rejimi Suriya böhranının başlanması ilə daim Suriyadakı terrorçulara müalicə, hərbi və hava dəstəkləri veribdir. Sionist rejimin Suriyaya qarşı hava və raket hücumları məhz bu istiqamətdə həyata keçir.