İyun 02, 2017 15:32 Asia/Baku
  • Kabil əhalisi əmin-amansızlıqlara etiraz edib

Əfqanıstanın paytaxtı Kabilin əhalisindən minlərlə nəfər bu gün əmin-amansızlıqların genişlənməsinə etiraz əlaməti olaraq, aksiya keçirib.

IRNA-nın məlumatına görə, etirazçılar çərşənbə günü güclü partlayışın baş verdiyi məkanın yaxınlığında yerləşən "Zənbəq" dördyol ayrıcına toplaşaraq, "Amerikaya ölüm!" və "Biz təhlükəsizlik istəyirik!" şüarları veriblər.

Etirazçılar prezident sarayına yaxınlaşmaq istəyiblər. Lakin Əfqanıstanın təhlükəsizlik qüvvələri onları dağıtmaq üçün dəyənəkdən və gözyaşardıcı qazdan istifadə ediblər. Nəticədə bir nəfər ölüb, azı üç nəfər də yaralanıbdır.

Etirazçılar dövlət tərəfindən Həqqani terror qrupuna üzv məhbusların edam olunmalarını istəyiblər. Onlar deyiblər: Onlar edam olunmayınca, Əfqanıstan dinclik görməyəcək və Əfqanıstanda təhlükəsizliyin təmin olunmasının yeganə yolu, cinayətkarların cəzalandırılmalarıdır.

Çərşənbə günü səhər tezdən Kabilin diplomatlar yaşayan məntəqəsində, xarici səfirliklər və milli təhlükəsizlik ofislərindən birinin yaxınlığında baş verən güclü partlayış azı yüz nəfərin həlak olması, 500 nəfərin də yaralanması ilə nəticələndi. 

Kabildə yerləşən İran İslam Respublikasının səfirliyi, eləcə də Iranın TeleRadio Təşkilatının və IRNA xəbər agentliyinin ofisləri də xəsarətə məruz qaldılar.

İŞİD terror qrupu bu partlayışın məsuliyyətini üzərinə götürübdür.

Teqlər