Kabil aksiyasında ölənlərin sayı artıb
Əfqanıstanın paytaxtı Kabildə keçirilən aksiyada öldürülmüş insanların sayı yeddi nəfərə çatıb.
Əfqanıstan xalqı bu gün ölkəsində əmin-amansızlıqların genişlənməsinə, xüsusən çərşənbə günü Kabildə törədilmiş güclü partlayışa etiraz olaraq, bu şəhərdə aksiya keçirdi ki, Əfqanıstan təhlükəsizlik qüvvələrinin hücumu və atəşləri nəticəsində yeddi nəfər ölüb, azı on nəfər də yaralanıbdır.
Bundan öncə informasiya mənbələri aksiyaçılardan bir nəfərin ölməsi və üç nəfərin də yaralanmasından xəbər vermişdilər.
Aksiyaçılar "Amerikaya ölüm!" və "Biz ədalət və təhlükəsizlik istəyirik!" şüarları veriblər. Onlar prezident Mohəmməd Əşrəf Qəni və Əfqanıstan milli birlik dövlətinin icra şurasının sədri Abdullah Abdullahın istefa vermələrini istəyiblər.
Etirazçılar habelə dövlət tərəfindən Həqqani terror qrupuna üzv məhbusların edam olunmalarını istəyiblər. Onlar deyiblər: Onlar edam olunmayınca, Əfqanıstan dinclik görməyəcək və Əfqanıstanda təhlükəsizliyin təmin olunmasının yeganə yolu, cinayətkarların cəzalandırılmalarıdır.
Çərşənbə günü səhər tezdən Kabilin diplomatlar yaşayan məntəqəsində, xarici səfirliklər və milli təhlükəsizlik ofislərindən birinin yaxınlığında baş verən güclü partlayış azı yüz nəfərin həlak olması, 500 nəfərin də yaralanması ilə nəticələndi.
Kabildə yerləşən İran İslam Respublikasının səfirliyi, eləcə də Iranın TeleRadio Təşkilatının və IRNA xəbər agentliyinin ofisləri də xəsarətə məruz qaldılar.
İŞİD terror qrupu bu partlayışın məsuliyyətini üzərinə götürübdür.