Suriyanın cənubunda 15 İŞİD terrorçusu öldürülüb
Suriyanın Dəra vilayətində, "Kəfər Şəms" qəsəbəsindən "Əqrəba" məntəqəsinə uzanan şose yolunun kənarında iki bombanın partlaması nəticəsində 15 İŞİD terrorçusu öldürülüb.
Terrorçulara yaxın medialar bildiriblər ki, dünən öncə Dəra vilayətində terrorçuların hərəkəti yolunda iki bomba partlayıb. Ondan sonra Suriyanın ordu qüvvələri terrorçulara hücum ediblər. Nəticədə İŞİD-çilərdən on beşi ölüb, bir qrup terrorçu da yaralanıbdır.
Bu terrorçular "Suriya azad ordusu" adlı qrupdan olublar.
Suriyadakı kürd qüvvələr də bu gün terrorçuların bu qüvvələrin Fərat çayı üzərindəki Əlhuriyyə su bəndinin yerləşdiyi məntəqədəki mövqelərinə qarşı hücumunun dəf edilməsindən və bu zaman azı 19 İŞİD-çinin öldürülməsindən xəbər veriblər.
İŞİD ünsürləri özlərinin Əltəbəqə şəhərinin şərqindəki Əlmənsurə qəsəbəsinin daxilində və Əlhuriyyə su bəndi məntəqəsindəki mühasirələrini sındırmaq üçün qərb tərəfdən bu su bəndinə hücum ediblər.
Belə bir halda, İŞİD terrorçularının Suriyanın şərqindəki Diyrəlzur şəhərinin Huvəyqə məntəqəsinə girmək üzrə cəhdləri uğursuz qalıb və bu zaman bir qrup terrorçu öldürülübdür.