Səudiyyə Ərəbistanı Qətifdəki bomba partlayışının məsuliyyətini öz üzərinə götürüb
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi şübhəli bir bəyanatda ölkənin şərqində yerləşən Qətif şəhərinin mərkəzində Miyas bazarında bir avtomobilin partladılmasının məsuliyyətini öz üzərinə götürüb.
Səudiyyə mediyaları və xəbər telekanalları cümə axşamı Qətifin mərkəzində Mias bazarında içərisinə bomba yerləşdirilmiş avtomobilin partladılmasından xəbər verərək bu hadisənin terror aktı olduğunu bildirdilər.
İRNA-nın verdiyi məlumata görə, Səudiyyə DİN-i dünən Mias bazarında partlayış barədə bildirib: Səudiyyənin təhlükəsizlik qüvvələri axtarışda olan bir ədəd avtomobili hədəfə alıb və bunun nəticəsində partlayış baş verib.
Mediya qaynaqlarının bildirdiklərinə görə, bu partlayışda Qətif sakini olan avtomobilin iki sərnişini ölüb.
Səudiyyə hərbçiləri 2017-ci il mayın 10-da Səudiyyə Ərəbistanının Əşşərqiyyə vilayətinin Əl-Əvamiyyə bölgəsinə hücum etdilər. Ali-Səud rejiminin ölkənin şərqində etirazçılara qarşı hücumları məktəblilər də daxil bir neçə vətəndaşın ölümü və yaralanması ilə nəticələnib.
Səudiyyə Ərəbistanı, Amerika və Britaniya, eləcə də bəzi region ölkələri ilə birlikdə Asiyanın qərbindəki terrorçu qrupların əsas himayədarları hesab olunurlar.