Qəzzə zolağı sərhədlərində geniş aksiya
-
Qəzzə zolağı sərhədlərində geniş aksiya
Qəzzə zolağında yaşayan fələstinlilər zolağın sərhəd ərazisində geniş etiraz aksiyası keçiriblər.
Fələstin informasiya mərkəzinin verdiyi məlumata görə, Qəzzə sakini olan yüzlərlə fələstinli dünən 5 sərhəd nöqtəsində geniş aksiya keçirərək bu zolağın mühasirəsini pisləyib.
Sionist hərbçilər isə aksiyaçılara qarşı mərmi və gözyaşardıcı qazdan istifadə edərək aksiyanı dağıtmağa cəhd göstərib nəticədə bir neçə fələstinli gənc yaralanıb.
sionist rejim 2006-ci ildə Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-ın Fələstin parlament seçkilərində qələbəsindən sonra Qəzzə zolağını blokadaya alıb və bu əraziyə yanacaq, dərman və tikinti materialların idxalına imkan vermir.
Qəzzə zolağına qarşı blokadanın uzanması və sionistlərin bu bölgə sakinlərinə təzyiqlərinin artması nəticəsində Qəzzədə əsas ərzaq mallarının çatışmaması çətin şərait yaradıb.