Qətər 4 ərəb ölkəsinə reaksiya verdi
-
Qətər 4 ərəb ölkəsinə reaksiya verdi
Qətər Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin Qətərlə diplomatik münasibətlərin kəsilməsinə dair qərarına reaksiyada bildirib: Bu qərar heç vaxt Qətərdə yaşayan vətəndşaların normal həyatına təsir etməyəcək.
Qətər XİN bazar ertəsi günü bir bəyanatda həmçinin Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin Qətərlə diplomatik əlaqələrini kəsməsindən təəəssüflənib: Belə tədbirlər əsaslandırıla bilməz və bu qərarın verilməsinə səbəb olan iddialar əsassız və yanlışdır.
Qətər Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub: Regionda və Fars Körfəzi Əməkdaşlıq Şurasına üzv ölkələrdə ümumi fikri qane etmək məqsədilə gündəmdə duran media hücumları məğlub oldu və həmin məğlubiyyət gərginliyin davam etməsinin səbəbi olmuşdur.
Qətər XİN əlavə edib: Misirin koordinasiyası ilə həyata keçirilən Doha ilə diplomatik əlaqələrin dayandırılması üçün Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin qərarında məqsəd Qətərə nəzarət etməyə cəhddir.