Qətərin Səudiyyə Ərəbistanı qarşısında qarşılıqlı addımı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i271870-qətərin_səudiyyə_Ərəbistanı_qarşısında_qarşılıqlı_addımı
Səudiyyə Ərəbistanının Qətərlə diplomatik əlaqələri dayandırması ardınca, bu ölkə bildirib ki, Səudiyyə Ərəbistanı istiqamətində uçuşlarını ləğv edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 05, 2017 11:54 Asia/Baku
  • Qətərin qarşılıqlı addımı
    Qətərin qarşılıqlı addımı

Səudiyyə Ərəbistanının Qətərlə diplomatik əlaqələri dayandırması ardınca, bu ölkə bildirib ki, Səudiyyə Ərəbistanı istiqamətində uçuşlarını ləğv edib.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Qatar Airways Hava Yolları Şirkəti bazar ertəsi günü Səudiyyə Ərəbistanına olan bütün uçuşlarını ləğv edib. 

Bundan öncə Səudiyyə Ərəbistanı, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və Misir Qətərlə diplomatik əlaqələri dayandırmaqla yanaşı bu ölkəyə hava və dəniz səfərlərini də təxirə salıb və Qətərlə quru keçidləri bağlayıblar. 

Bəhreyn və Ərəbistan Qətərlə diplomatik əlaqələrin kəsilməsinin səbəbini bu ölkənin İranın regionda dəstəklədiyi qrupları dəstəkləməsi adlandırıblar. Misir və Birləşmiş Ərəb Əmirlikləri də Bəhreyn və Səudiyyə Ərəbistanının bu mövqeyini dəstəkləyib və Qətərlə diplomatik münasibətləri kəsiblər.