İyun 05, 2017 21:15 Asia/Baku
  • Ərəbistan Əl-Cəzirə televiziyasının ofislərini bağlamaq istəyir
    Ərəbistan Əl-Cəzirə televiziyasının ofislərini bağlamaq istəyir

Səudiyyə Ərəbistanı hökuməti Qətərin Əl-Cəzirə televiziyasının Ərəbistandakı ofislərinin lisenziyasını ləğv etməyə və bağlamağa başlayıb.

İRİB-in məlumatına görə, Səudiyyə Ərəbistanı rəsmiləri  Qətərin əl-Cəzirə televiziyasında işləyən ərəbistanlı jurnalist və müxbirlərdən Ərəbistana qayıtmalarını istəyiblər. 

Ərəb Liqasının sözçüsü də 4 ərəb ölkəsinin Qətərlə diplomatik əlaqələri kəsməsinə reaksiyada bildirib: Bu liqa ərəb ölkələrinin Doha ilə münasibətlərinin kəsilməsi məsələsini araşdırmayacaq. 

Ərəb Liqasının sözçüsü Mahmud Əfifi də əlavə edib: Bu münasibətlər ərəb-ərəb əlaqələrini ehtiva edir. Bu məsələ Ərəb Liqasında araşdırılmamalıdır. Eyni zamanda bu barədə danışmaq hələ tezdir. 

Teqlər