İyun 06, 2017 17:58 Asia/Baku
  • Suriya ordusu Humsun şərqində yeni uğurlar qazanıb
    Suriya ordusu Humsun şərqində yeni uğurlar qazanıb

Humsun şərq ətrafından 45 km məsafədə Əl-Əlyani kəndinin şimal şərqində yerləşən bölgələr Suriya ordusu bölmələrinin nəzarətinə keçib.

Suriyanın Əl-Əxbariyə telekanalının verdiyi məlumata ögrə, Suriya ordusu bölmələri sözü gedən bölgənin Tarat Əl-Ələb, Şare Dehlun və Ber Dehlun ərazilərinə nəzarəti təmin edib. Bu əməliyyatda onlarla İŞİD terrorçusu təchizatları ilə bərabər məhv edilib. 

Ofisi Londonda yerləşən Suriyanın insan haqları gözətçiləri qrupu bu gün bildirib: Suriyanın demokratik qüvvələri Riqqə şəhərinin şərqində Əl-Məşləb bölgəsinə ikinci hücuma başlayıblar və bu gün səhər çağı Riqqənin şimalında bir hərbi bazaya hücum ediblər. 

Başqa məlumata görə, yaraqlı qruplar dünən gecə Suriyanın cənubunda Zahiyə Dura bölgəsində yaşayış mənzillərini raketlə hədəfə alıblar , nəticədə bir neçə mülki ölüb və yaralanıb. Bu hücumda mənzillərə və ümumi əmlaka da ziyan dəyib. 

Teqlər