İraq dövlətinin sözçüsü: İŞİD-in məhvinə az qaldı
İraq hökumətinin sözçüsü İŞİD üzərində qələbənin yaxın günlərdə tam formada baş tutacağından xəbər verib.
Suriya ordusu Həmanın şərqində strateji əhəmiyyətli 6 kəndi azad edib. Və İŞİD terrorçularına qarşı əməliyyatlar davam edir. İraqın Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin də sadəcə 10%-i İŞİD terrorçularının nəzarəti altındadır. Və İraq rəsmiləri İŞİD üzərində qələbənin yaxın olduğunu deyirlər.
Suriya ordusu Həmanın şərqində 6 kəndə nəzarəti təmin edib. Bu kəndlər Əs-Sələmiyyənin şərqində, neft boru kəmərinin yaxınlığında yerləşdiyi üçün strateji əhəmiyyət daşıyır. Homs və Dəra məntəqələrində də Suriya ordusu və müttəfiq qüvvələrin terrorçulara qarşı hücumları davam edir. Mosulda da İŞİD əleyhinə savaş fasiləsiz olaraq davam edir. İraq hökumətinin sözçüsü İŞİD üzərində qələbənin yaxın olduğunu deyib. Bu arada ABŞ-ın İraqdakı qüvvələrinin komandanı və Rusiya səfiri ayrı-ayrılıqda İraqın baş naziri Heydər İbadi ilə görüşüb, danışıqlar aparıblar.
Digər tərəfdən, strateji əhəmiyyətli Əl-Bəac şəhərinin azad edilməsinin ardınca İraqın könüllü xalq qüvvələri İraq-Suriya sərhədlərinin bəzi hissələrinə nəzarəti təmin ediblər.
İraq hərbçisi:
Səncardan Təl Əfərə qədər olan İraq-Suriya sərhədlərini yaxın günlərdə terrorçulardan təmizləyəcəyik.
Mosulun qərbinidə, İraqın Suriya ilə sərhəd məntəqələrinin möhkəmləndirilməsi davam edir. İraq ilə Suriya rasındakı sərhədin uzunluğu 605 kilometrdir. 2014-cü ildə İŞİD bu sərhədlərin Anbar və Neynəva vilayətlərinin payına düşən 400 kilometrini işğal etmişdi. İndi isə İraqın xalq qüvvələri bu sərhədləri azad etməyə çalışırlar.
İraqlı hərbçi:
Ümmü Ziban məntəqəsindən Suriya sərhədlərinə doğru hərəkətə keçmişik və sərhədləri azad etməyənə kimi dayanmayacağıq.
İraqın Suriya ilə sərhədləri bəzi yerlərdə keçilməz dağlıq ərazi ilə örtülüb. Amma, iraqlı xalq qüvvələri bütün çətinliklərə baxmayaraq, ən ucqar kəndlərə belə baş çəkərək, İŞİD terrorçularını son nəfərinə kimi ovlamaqda qətiyyət nümayiş etdirirlər.
İraqlı hərbçi:
Bu gördüyünüz Suriya sərhədləridir. İŞİD terrorçuları artıq bizimlə savaşmağa qadir deyillər. Buna görə də ayağımız dəyən hər yerdən qaçmağa çalışırlar.
Terrorçular ötən 3 ildə İraq və Suriya sərhədlərini işğal altında saxlayaraq, iki ölkə xalqına misilsiz cəfalar çəkdiriblər. Amma, xalq qüvvələri Anbar vilayətinə, Qaim və Rütbə keçidlərinə doğru irəliləyərək, itirilmiş təhlükəsizliyi yenidən təmin etməyə çalışırlar.