İyun 07, 2017 15:17 Asia/Baku
  • Suriya ordusu Riqqəyə girdi

Kütləvi İnformasiya Vasitələri Suriya ordusunun şimalda İŞİD terror qruplaşmasının əsas mərkəzi olan Riqqə vilayətinə girdiyini bildiriblər.

İRİB-in məlumatına görə, Londonda yerləşən Suriya İnsan Haqları Gözətçisi adlı qrupun direktoru Rami Əbdürrəhman deyib: Suriya ordusu qüvvələri Hələbdən bir il sonra ilk dəfə olaraq Riqqə vilayətinə giriblər.

Hələb Riqqənin qərbində yerləşir və ötən il müxtəlif terror qruplaşmalarının işğalından azad olundu.

Rami Əbdürrəhman suriyalı qüvvələrin irəliləyişinin Rusiyanın hərbi hava hücumlarıi ilə birlikdə olduğunu bildirib: Bu qüvvələr İŞİD terror ünsürləri ilə baş verən qarşıdurmaların sonunda çərşənbə axşamı günü Riqqə vilayətinin qərbində Xərbə Möhsün və Xərbə əl-Səb kəndlərini nəzarətə götürüblər.

Suriyanın bir hərbi rəsmisi də Fransa İnformasiya Agentliyi ilə müsahibədə suriyalı qüvvələrin Riqqə vilayətinə irəliləməsi və bu kəndlərin azad edilməsini təsdiqləyib.

Suriyalı hərbi rəsmi ordunun Riqqə vilayətinə hücum etməsində məqsədi təkfirçilərin hücumları qarşısında Hələb vilayətinin təhlükəziliyinə zəmanət vermək və onların suriyalı qüvvələrin mövqelərinə nüfuz etməsinə mane olmaq adlandırıb.

Suriya ordusu qüvvələri bu irəliləyişlə hazırda Riqqə şəhərinin təxminən 70 kilometrliyinə çatıblar. Bu şəhər 2014-cü ildən İŞİD terror qruplaşmasının işğalındadır.

Suriya Demokratik Birlik partiyasının qüvvələri də çərşənbə axşamı günü təkfirçiləri Suriyanın şimalında Riqqədən çıxarmaq üçün böyük müharibənin başlandığını bildiriblər.

Suriya Demokratik Birlik partiyasının qüvvələri komandanı deyir ki, Suriyanın şərqində tabeliyində olan qüvvələr bu şəhərə daxil olub və Riqqə şəhərinə giriş üçün şimal və qərb cəbhəsində döyüşlər davam edir.

Teqlər