Suriya ordusu Rəqqənin qərbində irəliləyir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i272282-suriya_ordusu_rəqqənin_qərbində_irəliləyir
Suriya qırıcıları cümə axşamı Rəqqə şəhərinin qərbində İŞİD terrorçularının mövqelərini hədəfə alıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2017 12:41 Asia/Baku
  • Suriya ordusu Rəqqənin qərbində irəliləyir
    Suriya ordusu Rəqqənin qərbində irəliləyir

Suriya qırıcıları cümə axşamı Rəqqə şəhərinin qərbində İŞİD terrorçularının mövqelərini hədəfə alıb.

İRİB-nin verdiyi məlumata görə, Suriya qırıcıları ABŞ tərəfindən himayə olunan kürd yaraqlıları və müxalif qüvvələri Rəqqə şəhərini ələ keçirmək üzrə səyləri ilə bir vaxtda İŞİD-in mövqelərinə zərbələr endirib. 

Suriya İnsan Haqları Gözətçisi Təşkilatının sədri Rami Əbdürrəhman daha öncə bildirmişdi ki, Suriya qüvvələri Hələbin azad edilməsindən bir il sonra ilk dəfə olaraq Rəqqə vilayətinə daxil olublar. 

Hələb Rəqqənin qərbində yerləşir  və ötən Suriya ordusu bu şəhəri terrorçuların işğalından azad edib.