İŞİD terrorçu Münafiqlər qruplaşması ilə əməkdaşlıq edir
İyun 08, 2017 22:04 Asia/Baku
-
İŞİD terrorçu Münafiqlər qruplaşması ilə əməkdaşlıq edir
İraq Parlamentinin Milli Təhlükəsizlik və Müdafiə Komissiyasının üzvü deyib: İŞİD-in Tehranda törətdiyi terror hücumları İran İslam Respublikasının terrorizm ilə mübarizəsinə mane ola bilməz.
İsgəndər Vədüd daha sonra İŞİD terror qruplaşmasının İrana qarşı təxribatçılıqda Münafiqlər qruplaşması ilə əməkdaşlıq etdiyini bildirib və deyib: Buna baxmayaraq, bu kimi məsələlər İranın terrorizmə qarşı mübarizəsinə xələl gətirə bilməz.
Münafiqlər terror qruplaşmasının üzvləri dəfələrlə İŞİD-in İraqa qarşı terror hücumlarını himayə etdiyini bildirərək, İŞİD-in bütün İraqı işğal edəcəyi ilə bağlı arzularını gizlətməkdən çəkinməyib.