İyun 09, 2017 09:47 Asia/Baku
  • İŞİD-in İraq ilə Suriya arasındakı bütün keçid yolları bağlanıbdır
    İŞİD-in İraq ilə Suriya arasındakı bütün keçid yolları bağlanıbdır

İraqın xalq səfərbər qüvvələri təkfirçi İŞİD qrupunun bu ölkə ilə Suriya arasındakı bütün keçid yollarını bağlayaraq, bu qrup üçün çətin bir şərait yaradıblar.

IRIB iraqlı mənbələrə istinad edərək, bildiribdir ki, dünən İraq-Suriya sərhədində sonuncu keçidin İraqın xalq səfərbər qüvvələri tərəfindən azad edilməsilə iraqlı qüvvələr İŞİD-in Suriya ilə həmsərhəd məntəqələrdəki bütün nüfuz yollarını bağlaya biliblər.

İraqın federal polisi də bildiribdir ki, didərginlərin Mosulun qərbindən keçmələri üçün dörd əsas keçidi təhlükəsiz edib; digər tərəfdən, didərginlərin sayı özünün ən yüksək səviyyəsinə çatıbdır.

İraqın federal polisi əlavə edibdir ki, iraqlı qüvvələr dünən İŞİD üzvlərinin İraq ilə Suriya arasındakı bütün keçid və nüfuz yollarını, eləcə də İraqın Suriya ilə sərhəddə sonuncu şəhəri olan Təl-Səfuk şəhərinin keçidi və kəndini azad edə biliblər.

İraqın xalq səfərbər qüvvələrinin sözçüsü Əhməd Ələsədi də bir bəyanatda bildiribdir ki, İŞİD-çi düşmən ağır hərbi məğlubiyyətə uğrayıb; onlardan onlarla nəfər ölüb və İraq bayrağı azad edilmiş sərhəd keçidi binasının üzərində dalğalanmağa başlayıbdır.

Teqlər