Suriya ordusu qüvvələri İraq sərhədinə çatdı
-
Suriya ordusu qüvvələri İraq sərhədinə çatdı
Suriya ordusu və müttəfiq qüvvələr İŞİD-in mövqelərinə doğru irəliləmələrinin davamında Suriyanın İraqla sərhədi yaxınlığında əl-Tənf keçidinə çata biliblər.
Suriyanın əl-Tənf keçidi İraqın əl-Anbar şəhərində əl-Rütbə şəhərinə bağlı əl-Vəlid keçidi ilə həmsərhəddir. İraqın əl-Vəlid keçidi 2016-cı il avqust ayında, yəni on ay öncə İraq hökuməti ilə əməkdaşlıq edən Səhra Qartalları kimi məşhurlaşmış əl-Anbarın sünni köçəriləri tərəfindən azad olundu. Əhəmiyyət kəsb edən bu keçidin Suriya və İordaniya ilə sərhədi vardır. Əl-Tənf Əsədlə müttəfiq qüvvələr üçün çox əhəmiyyətli sərhəddir və regionda quru yol əlaqələrinə böyük şərait yarada bilər. Bu da ABŞ-ın regiondakı müttəfiqləri üçün böyük nigarahlıq hesab olunur.
Məlumata görə, Suriya ordusu terrorçuların işğal etdiyi ərazilərin 5 min kilometrini azad edib.
İki həftə öncə də Suriyada İŞİD terrorçularının işğalında olan ərazilərin 15 min kilometri azad olunmuşdu.
İraqın Xalq Səfərbər Qüvvələri əl-Həşdüş-Şəəbinin sədr əvəzi Əbu Mehdi əl-Mühəndis ötən gecə Suriya ordusu qüvvələrinin İraq sərhədinə çatmasından razılıq edib.
Suriya dövlətinə dəstək qüvvələrinin komandanlarından biri cümə günü deyib: Bu ölkə ordusu qüvvələri və Suriyanın cənub-şərq səhralıq ərazilərində onlarla müttəfiq yaraqlılarla İraq sərhədinə çatıblar.
Bu hərbi rəsmi deyib: Bu irəliləyişlərin hamı üçün mesajı vardır.