İyun 10, 2017 12:50 Asia/Baku
  • Əbu Mehdi əl-Mühəndis
    Əbu Mehdi əl-Mühəndis

İraqın Həşdüş-Şəəbi qüvvələri komandan müavini Mosulun qərbində əməliyyatın sona çatdığını bildirib.

İRNA-nın məlumatına görə, İraqın Həşdüş-Şəəbi Qüvvələri komandanının müavini şənbə günü xalq səfərbər qüvvələrinin Mosulun qərbində əməliyyatının sona çatdığını bildirib: Bu qüvvələr bu əməliyyatda bütün məqsədlərinə çatdılar. 

Xalq səfərbər qüvvələrinin Neynəva vilayətinin şimal-qərbində Tələfər şəhərinin azad olunması əməliyyatına başlamağa hazır olduğunu bildirən əl-Mühəndisin sözlərinə görə, Həşdüş-Şəəbi Mosulun qərbindəki əməliyyatında 14 min kvadrat kilometr ərazini azad etdi və Neynəva vilayətinin qərbində 2 mindən çox İŞİD terrorçusunu öldürdü. 

İraqın Həşdüş-Şəəbi Qüvvələri komandanının müavini həmçinin Suriya və İraq sərhədlərində 50-60 km ərazinin azad olunduğuna toxunub: Həşdüş-Şəəbi qüvvələri Neynəva vilayətinin qərbindən əl-Anbar vilayətinin şimalına qədər bu sərhədlərə tam nəzarət əməliyyatının təkmilləşdirmək və İŞİD terrorçularının İraq və Suriya sərhədlərindən keçməsinə mane olmaq niyyətindədir. 

Həşdüş-Şəəbi bir bəyanatda Neynəva vilayətində 19 kənd, məhəllə, yaşayış massivi və əl-Bəac şəhərinin azad olunduğunu bildirib. 

Teqlər