Səudiyyə Ərəbistanı və Sionist rejim İranın gücündən qorxurlar
-
Səudiyyə Ərəbistanı və Sionist rejim İranın gücündən qorxurlar
Sionist rejimin nazirlər kabinetinin üzvlərindən biri deyib: Regionda yaranmış durumda İsrail və Səudiyyə Ərəbistanı müştərək mənafeyə malikdirlər.
İRNA-nın bu gün verdiyi məlumata görə, sionist rejimin 10-cu telekanalı İsrailin nəqliyyat naziri Yisrael Katza istinadla bildirib: İsrail Qətər ilə digər ərəb ölkələri arasındakı ixtilaf barədə xüsusi mövqeyə malik deyil və hal-hazırda əsas məsələ İranı durdurmaqdan ibarətdir və bu məsələ Səudiyyə Ərəbistanı, İsrail və ABŞ-ın müştərək mənafeyinin tərkib hissəsidir.
Yisrael Katz deyib: Bu müştərək məsləhət İsrail və bəzi ölkələr o sıradan Səudiyyə Ərəbistanı ilə əlaqələrin adiləşməsinə zəmin kimi hesab oluna bilər.
Sionist rejim Qətər ilə bəzi ərəb ölkələri arasında yaranmış ixtilafdan öz xeyirinə faydalanmağa cəhd göstərir və bu böhran sahəsində özünün fələstin ərazilərindəki işğalçılığını və ölkələrlə əlaqələrini təkmilləşdirməyi planlaşdırır.