Ər-Riyadın İŞİD-lə əməkdaşlığı və Ərəbistanın islamofobik siyasəti
-
Ər-Riyadın İŞİD-lə əməkdaşlığı və Ərəbistanın islamofobik siyasəti
Azərbaycan Respublikasında siyasi məsələlər üzrə ekspert Səudiyyə Ərəbistanının islamofobiya siyasətlərini davam etdirməsini tənqid edib.
Oktay Ataxan Səhər Beynəlxalq Telekanalının Azəri redaksiyasının Kompas proqramında əcnəbi ölkələrin region ölkələrinin daxili məsələlərinə müdaxiləsini Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirin Qətərlə böhranının yaranmasının əsas səbəbi adlandırıb və deyib: Regionun tarixinə nəzər salsaq, əvvəllər ərəb ölkələri ilə Qətər arasında belə ixtilaflar yox idi. Qətərin mövqeyi də Ərəbistanın siyasət ilə eyni istiqamətdə idi.
Səudiyyə Ərəbistanının əvvəldən İŞİD-lə əməkdaşlıq etdiyini, regionda islamofobiya siyasəti yürütdüyünü və hələ də bu oyunu davam etdirdiyini deyən Oktay Ataxan əlavə edib: İŞİD-i ABŞ-ın təhlükəsizlik xidmətinin yetişdirdiyinə və bu terrorçuların Ərəbistanda istiqamətləndirildiyinə görə, bu rejimin bir neçə ərəb ölkəsi ilə əməkdaşlıq etməsi ölçülməmiş və məntiqsiz nəzərə çarpır.