Səudiyyə rejimi hərbçiləri Əvamiyyədə şiələrə hücum edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i272776-səudiyyə_rejimi_hərbçiləri_Əvamiyyədə_şiələrə_hücum_edib
Səudiyyə rejimi hərbçiləri Ərəbistanın şərqində yerləşən Qətif vilayətində şiə sakinli Əvamiyyə şəhərciyinin mühasirəsini 33-cü gün ardıcıl olaraq sərtləşdirmək üçün və döyüş güllələri ilə Əvamiyyənin məhəllələrinə hücum etmək üçün zirehli avtomobillərdən istifadə edirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 12, 2017 14:35 Asia/Baku
  • Səudiyyə rejimi hərbçiləri Əvamiyyədə şiələrə hücum edib
    Səudiyyə rejimi hərbçiləri Əvamiyyədə şiələrə hücum edib

Səudiyyə rejimi hərbçiləri Ərəbistanın şərqində yerləşən Qətif vilayətində şiə sakinli Əvamiyyə şəhərciyinin mühasirəsini 33-cü gün ardıcıl olaraq sərtləşdirmək üçün və döyüş güllələri ilə Əvamiyyənin məhəllələrinə hücum etmək üçün zirehli avtomobillərdən istifadə edirlər.

Əl-Məsirə televiziyasının məlumatına görə, səudiyyəli qüvvələr Əvamiyyənin məhəllələrinə basqın edib və güclü partlayışa malik minaatanlar və döyüş güllələrindən istifadə ediblər. 

Əvamiyyənin bir qrup sakini fövqəladə mərkəzi qüllələrdə yerləşən snayperlərin atəş açması nəticəsində yaralanıb. 

Snayperlər bir neçə yoldan keçəni də atəşə tutublar. 

Xəbərlərə əsasən, zirehli avtomobillərdən biri yanlışlıqla və səudiyyəli təhlükəsizlik qüvvələrinin partlayıcı güllələri nəticəsində hədəfə çevrilib. Nəticədə bir səudiyyəli zabit ölüb və iki təhlükəsizlik qüvvəsi yaralanıb.