İyun 13, 2017 10:46 Asia/Baku
  • ABŞ Rəqqəni vurdu; 6 sivil həyatını itirdi
    ABŞ Rəqqəni vurdu; 6 sivil həyatını itirdi

ABŞ-ın başçılıq etdiyi qüvvələrin Suriyanın şimalında yerləşən Rəqqə şəhərinə aviasiya və artilleriya zərbələri endirməsi nəticəsində 4 qadın və 1 uşaq daxil olmaqla 6 nəfər həyatını itirib.

İRNA-nın məlumatına görə, ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələri Rəqqə şəhərindən qaçmağa çalışan sivil vətəndaşları daşıyan qayığı hədəfə alıblar. Nəticədə 2 nəfər həyatını itirib. 

Daha öncə də koalisiya qüvvələri Rəqqə şəhərinə havadan zərbələr endirərək, sivil əhali arasında insan tələfatına yol açmışdı. 

Həmçinin, ABŞ tərəfindən himayə olunan kürd yaraqlılarının Rəqqə şəhərinin Seyfüddövlə məntəqəsinə artilleriya hücumları zamanı 4 mülki o cümlədən 3 uşaq həlak olmuşdu. 

ABŞ qırıcıları daha öncə Rəqqənin qərbində yerləşən Barudə və Disi Əfnan kəndlərini bombalayaraq, 18 mülkini qırğın etmişdi. 

Teqlər