Ali-Xəlifə rejiminə qarşı etirazlar davam edir
İyun 13, 2017 14:43 Asia/Baku
-
Ali-Xəlifə rejiminə qarşı etirazlar davam edir
Bəhreynin müxtəlif bölgələrində əhali dünən gecə Ali-Xəlifə rejiminin repressiyalarına qarşı etiraz aksiyası keçirib və ölkə başçılarına qarşı şüarlar səsləndirib.
Əl-Aləm telekanalının verdiyi məlumata görə, aksiya iştirakçıları bəhreynli inqilabçılar və dini alimlərə qarşı repressiyaların dayandırılması, tanınmış ruhani şeyx İsa Qasimin mənzilinə qarşı hərbi mühasirəyə son qoyulması və siyasi məhbusların azad edilməsini istəyiblər.
Bəhreyn 2011-ci ildən bəri Ali-Xəlifə rejiminin sərt siyasətləri nəticəsində xalq etirazlarının şahididir. Bu rejim vətəndaşların hüquqlarını və beynəlxalq hüquq normalarını nəzərə almadan etirazçıları həbs edir yaxud onların vətəndaşlığını ləğv edir.