Həkim: İraq xalqı İrana minnətdardır
İraqın ali islami məclisinin sədri deyib: İraq xalqı İranın terrorizmə qarşı döyüşlərdə iraqlı qüvvələrin əldə etdikləri qələbələrdəki yardımlarını heçvaxt unutmayacaq.
Mehr xəbər agentliyinin verdiyi məlumata görə, seyid Əmmar Həkim bu gün son üç ildə İraqın çox dəyişdiyini bildirərək deyib: Üç il bundan qabaq hamı İraq ordusu və dövlətinin dağılmasından nigaran idi amma bu gün iraqlı qüvvələr təhlükəsizlik sahəsində böyük nailiyyətlərə imza atıblar.
İraqın ali islami məclisinin sədri deyib: İraq xalqının qabiliyyətlərindən faydalanmaq və vəhdətini qorumaq, İran kimi dost ölkələrin məsləhətlərindən faydalanmaq və təqdil mərcələrinin prosseslərə nəzarəti nəticəsində bu qələbələr əldə olundu.
Həkim İraq xalqının Əl-Həşədüşşəbiyə fəxr etdiyini bildirərək deyib: İraqlı qüvvələr bütün terrorçu qrupların məhv edilməsi üçün səy göstərməlidirlər.