Suriyada 100 kvadrat km ərazi azad edilib
İyun 13, 2017 19:56 Asia/Baku
Suriya ordusu ölkənin mərkəz və qərbində Hums vilayətində həyata keçirdiyi əməliyyatların davamında İŞİD terrorçularının işğalında olan ərazirlərdən 10 kvadrat kilometrini azad edib.
SANA-nın verdiyi məlumata görə, Suriya ordusu və onun müttəfiq qüvvələri Hums vilayətində həyata keçirdikləri son əməliyyatlarda həmçinin bir çox İŞİD terrorçusunu da məhv ediblər.
Suriya hərbçiləri dünən də Tədmorda Əl-Təfhə hündürlükləri və Huvisis kəndinə doğru irəliləyişlərinə yenidən başlayıblar.
Suriya ordusu bazar günü də Tədmor şəhərinin şimal şərqində Ark qaz yatağı ətrafında terrorçuların bazalarına nəzarəti təmin ediblər və həmin qaz yatağının 4 kilometrliyinə çatıblar.