YUNİSEF: Yəməndə vəbaya yoluxanların yarısı uşaqlardır
İyun 14, 2017 05:27 Asia/Baku
BMT-nin Uşaq Fondu YUNİSEF çərşənbə axşamı günü bildirib: Yəməndə vəba xəstəliyinə yoluxan 124 min halın yarısından çoxu uşaqlar arasındadır.
İRNA-nın məlumatına görə, YUNİSEF həmçinin bildirib: Aprel ayının ortalarından indiyə qədər vəba epidemiyası nəticəsində ümumilikdə 932 nəfər dünyasını dəyişib. Onların dörddə biri uşaqlardır.
Səudiyyə Ərəbistanının Yəmənə hücumlarının davam etməsi və bu ölkənin infrastruktur obyektləri, xüsusilə də su sistemlərinin dağılması ilə vəba epidemiyası sürətlə yayılmaqdadır.
Teqlər