İordan çayının qərb sahilində 5 fələstinli həbs olunub
Sionist işğalçılar İordan çayının qərb sahilinin müxtəlif bölgələrində beş fələstinlini həbs ediblər.
Fələstinin MƏA İnformasiya Agentliyinin məlumatına görə, sionist rejim hərbçiləri çərşənbə günü səhər Beyt-Ləhmin cənubunda əl-Dəhişə düşərgəsində fələstinlilərin mənzillərinə hücum etdikdən və onların əşyalarını dağıtdıqdan sonra iki azad olunmuş fələstinlini yenidən həbs ediblər.
Məlumata görə, əl-Dəhişə düşərgəsində fələstinlilərin sionist işğalçılarla qarşıdurması da üç fələstinli gəncin yaralanması ilə nəticələnib.
Sionist rejim hərbçiləri həmçinin Beyt-Ləhmin qərbində Hövsan kəndinə basqın edib və Məhəmməd Nəbil Əş-Şairi həbs ediblər.
Qilqiliyyə və Cenin şəhərlərində də iki fələstinli gənc sionist rejim hərbçiləri tərəfindən həbs olunub.
Hazırda təxminən 7 min fələstinli sionist rejim həbsxanalarında ağır şəraitdə məhbusdur.