BMT baş katibi Əfqanıstan prezidenti ilə görüşüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i273030-bmt_baş_katibi_Əfqanıstan_prezidenti_ilə_görüşüb
Əfqanıstan prezidenti Kabildə BMT baş katibi Antonio Quterreş ilə görüşündə Əfqanıstandakı BMT heyətinin missiyasında dəyişikliklərin edilməsini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 15, 2017 05:33 Asia/Baku
  • BMT baş katibi Əfqanıstan prezidenti ilə görüşüb
    BMT baş katibi Əfqanıstan prezidenti ilə görüşüb

Əfqanıstan prezidenti Kabildə BMT baş katibi Antonio Quterreş ilə görüşündə Əfqanıstandakı BMT heyətinin missiyasında dəyişikliklərin edilməsini vurğulayıb.

İRİB-in verdiyi məlumata görə, Əşrəf Qəni region və dünya ölkələrini təhdid edən məntəqədən kənar terrorçü təşkilatların fəaliyyətlərinə toxunaraq deyib: Əfqanıstandakı son terror hadisələri artıq bu ölkə xalqının səbirini tükəltdi.

Bu görüşdə BMT baş katibi də Əfqanıstandakı son terror olaylarına görə bu ölkə dövləti və xalqının dərdlərini bölüşdüyünü bildirərək deyib: Terrorizm bəşəriyyətin müştərək düşmənidir. 

BMT baş katibi dünən Kabilə qabaqcadan elan olunmamış səfərə çıxıb.