Əl-Əvamiyyədə 30 nəfər yaralanıb
İyun 15, 2017 14:41 Asia/Baku
-
Əl-Əvamiyyədə 30 nəfər yaralanıb
Səudiyyə Ərəbistanı hərbçiləri son 48 saat ərzində Əl-Əvamiyyə və tarixi Əl-Məsurə kəndi əhalisinə qarşı hücumlarını gücləndiriblər nəticədə 30 sakin yaralanıb.
Rəsa xəbər agentliyinin verdiyi məlumata görə, Səudiyyə hərbçiləri könüllü şəkildə şəhəri təmizləməkdə olan Əl-Əvamiyyə sakinlərini hədəfə alıb və bir neçə nəfəri yaralayıblar.
Səudiyyə Hərbçiləri həmçinin Əl-Əvamiyyə sakinlərini məcburi köçkün vəziyyətinə salib, məktəbləri, məscidləri və mənzilləri hədəfə almaqdan əlavə Buldozer vasitəsi ilə bu məkanları dağıdır. səudiyyə polisi Əl-Əvamiyyədə zibillərin yığılmasına mane olur.
1 aydan çoxdur ki şiə sakinli Əl-Əvamiyyə şəhəri Səudiyyə hərbçilərinin mühasirəsindədir.
Teqlər