İyun 16, 2017 19:10 Asia/Baku
  • 300 min fələstinli Məsciduləqsadakı cümə namazında iştirak edib

Qüds şəhəri və İordan çayının qərb sahilindən olan 300 minə yaxın fələstinli Məsciduləqsada mübarək ramazan ayının üçüncü cümə namazında iştirak edib.

Fələstin informasiya mərkəzinin məlumatına görə, İordan çayının qərb sahilində yerləşən Ramullha şəhərinin cənubundakı Qələndiyya yoxlama-buraxılış məntəqəsində yerləşmiş sionist hərbçilər bu gün fələstinli gənclərə mübarək Ələqsa məscidində cümə namazı qılmaq üçün Qüds şəhərinə getməyi qadağan ediblər ki, bu zalımcasına hərəkətin ardınca fələstinlilərlə sionist hərbçilər arasında toqquşmalar baş verib.

Sionistlər fələstinlilərə tərəf atəş açıb, gözyaşardıcı qaz işlədiblər. Nəticədə bir qrup fələstinli yaralanıb və boğuntu halına düşübdür.

Sionist hərbçilər bu toqquşmalar zamanı bir qrup fələstinlini həbs ediblər.

Sionist işğalçılar hər gün müxtəlif bəhanələrlə fələstinlilərə basqın edərək, onları həbs edir və bəzi hallarda heç bir ittiham olmadan onları zindana salırlar.

Fələstinin "Əlzəmir" insan haqları qrupunun statistikalarına əsasən, təqribən 6500 fələstinli hazırda sionist rejim məhbəslərində həbsdədir ki, onların 62 nəfəri qadın, 300 nəfəri isə həddi-büluğa çatmamış uşaqlardır.

Teqlər