Qətər və Səudiyyə heyətləri toqquşublar
-
Qətər və Səudiyyə heyətləri toqquşublar
Küveytdə Fars körfəzi Əməkdaşlıq Şurasının iclasında Səudiyyə Ərəbistanı və Qətər heyətləri arasında baş verən toqquşma iclasın dayandırılmasına səbəb olub.
24NEWS televiziyasının verdiyi məlumata görə, internet istifadəçiləri dünən Küveytdə Fars körfəzi Əməkdaşlıq Şurasının iclasında Səudiyyə və Qətər heyətləri arasında baş verən fiziki toqquşma və sözləşmələri əks etdirən videolar paylaşıblar.
Toqquşma səudiyyəli heyətin üzvlərindən birinin Qətər heyətini təhqir etməsindən sonra başlayıb. iclasın dayandırılması ilə nəticələnən bu toqquşma təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə sona çatıb.
Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir 2017-ci il iyunun 5-də Qətər ilə əlaqələrini kəsdilər. Bu ölkələr qətərdən Fələstin islami müqavimət hərəkatına dəstəyini dayandırmasını və bəzi ərəb məsələlərində onlarla koordinasiya etməsini istəyiblər.
Rəsmi Doha isə öz xarici siyasətində kimsəyə müdaxilə icazəsi verməyəcəyini vurğulayıb.