Bəhreynin Əl-Vifaq cəmiyyəti Şeyx İsa Qasımı himayə üzrə bir bəyanat yayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i273320-bəhreynin_Əl_vifaq_cəmiyyəti_Şeyx_İsa_qasımı_himayə_üzrə_bir_bəyanat_yayıb
Bəhreynin Əl-Vifaq cəmiyyəti tanınmış ruhani Şeyx İsa Qasımın mənzilinin təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınmasına etiraz olaraq, bir bəyanat yayıb və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vəziyyətin daha da ağırlaşmasına səbəb olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 17, 2017 14:14 Asia/Baku
  • Bəhreynin Əl-Vifaq cəmiyyəti Şeyx İsa Qasımı himayə üzrə bir bəyanat yayıb
    Bəhreynin Əl-Vifaq cəmiyyəti Şeyx İsa Qasımı himayə üzrə bir bəyanat yayıb

Bəhreynin Əl-Vifaq cəmiyyəti tanınmış ruhani Şeyx İsa Qasımın mənzilinin təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınmasına etiraz olaraq, bir bəyanat yayıb və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vəziyyətin daha da ağırlaşmasına səbəb olduğunu bildirib.

Ali-Xəlifə rejiminin təhlükəsizlik qüvvələri Əd-Diraz məntəqəsinə hücum edərək, Şeyx İsa Qasımın mənzili ətrafında dinc aksiya keçirməklə məşğul olan insanlara qarşı həddən artıq güc tətbiq edib, 6 nəfəri şəhid edib, 200 nəfəri yaralayıb təqribən 300 nəfəri isə həbs ediblər. Bəhreynin təhlükəsizlik qüvvələri ABŞ və Ərəbistanın himayəsi altında Şeyx İsa Qasımın mənzilini mühasirəyə alıblar. 

Bəhreynin Əl-Vifaq cəmiyyəti öz bəyanatında Şeyx İsa Qasımın mənzilinin mühasirəyə alınması nəticəsində Şeyxin müalicə prosesində fasilənin yaranmasına işarə edərək, bildirb ki, demokratiya, azadlıq və insan haqları müdafiəsi istiqamətində fəaliyyət göstərən insanlar ilə bu kimi rəftarın edilməsi ölkədə böhranın şiddətlənməsinə səbəb ola bilər. 

Əl-Vifaq cəmiyyəti BMT-nn insan haqları üzrə ali komissarlığının insan haqlarının müdafiəsindəki roluna təkid edərək, deyib: Ali-Xəlifə rejiminə insan haqları ilə bağlı təzyiqlər göstərilməlidir.