Yəmənlilər səudların mövqelərinə raket hücumu ediblər
-
Yəmənlilər səudların mövqelərinə raket hücumu ediblər
Yəmənli qüvvələr Ərəbistanın cinayətlərinə cavab olaraq, səud təcavüzkarların bu ölkənin cənubundakı mövqelərinə raket hücumu ediblər.
Əlaləm telekanalının məlumatına görə, bir yəmənli hərbi mənbə bildiribdir ki, Yəmənin müştərək qüvvələri səud hərbçiləri və onların muzdurlarının Cizanda yerləşən Taval və Nəcranda yerləşən Tələə məntəqəsindəki toplaşma məkanlarını bir neçə ədəd raketlə hədəfə alıblar ki, nəticədə bir səud hərbçisi ölüb, bir neçə hərbçi də yaralanıbdır.
Belə bir halda, Yəmənin kəşfiyyat orqanı bildiribdir ki, səudların tabeliyində olan bir casusluq şəbəkəsinin üzvlərini həbs edib və bu şəbəkənin üzvlərinin məskunlaşdıqları qərargahı ələ keçirərək, orada müəyyən miqdarda rabitə aparatı, eləcə də gecə vaxtı görüntü və xəbərdarlıq aparatını aşkarlayaraq, müsadirə edibdir.