Əfqanıstanın Bəqram hava limanına hücum; 8 ölü
https://azeri.sahartv.ir/news/qərbi_asia-i273556-Əfqanıstanın_bəqram_hava_limanına_hücum_8_ölü
Naməlum silahlı şəxslərin Əfqanıstanın Pərvan vilayətindəki Bəqram hava limanına qarşı hücumu nəticəsində səkkiz nəfər ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2017 05:31 Asia/Baku
  • Əfqanıstanın Bəqram hava limanına hücum; 8 ölü
    Əfqanıstanın Bəqram hava limanına hücum; 8 ölü

Naməlum silahlı şəxslərin Əfqanıstanın Pərvan vilayətindəki Bəqram hava limanına qarşı hücumu nəticəsində səkkiz nəfər ölüb.

AVA xəbər agentliyinin məlumatına görə, Əfqanıstanın Pərvan vilayətinin yerli rəsmiləri deyiblər ki, dünən gecə naməlum silahlı şəxslər Bəqram hava limanını atəşə tutublar; nəticədə bir qrup insan da yaralanıbdır.

İndiyədək bir şəxs və ya qrup bu hücumun məsuliyyətini üzərinə götürməyib.

Bəqram hava limanı Əfqanıstanın ən mühüm aeroportlarından olaraq, Kabilin altmış kilometrliyində yerləşir. Bu hava limanı Amerika və digər ölkələrin qırıcı və yük təyyarələrinin yerləşdikləri əsas məkandır.