Qətərə səfər edəcəkləri təqdirdə bəhreynlilərin pasportları ləğv ediləcək
https://azeri.sahartv.ir/news/qərbi_asia-i273564-qətərə_səfər_edəcəkləri_təqdirdə_bəhreynlilərin_pasportları_ləğv_ediləcək
Bəhreynin daxili işlər nazirliyi bildirib ki, əgər bu ölkənin vətəndaşları Qətərə səfər edərlərsə, onların pasportları ləğv ediləcəkdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 20, 2017 07:44 Asia/Baku
  • Qətərə səfər edəcəkləri təqdirdə bəhreynlilərin pasportları ləğv ediləcək
    Qətərə səfər edəcəkləri təqdirdə bəhreynlilərin pasportları ləğv ediləcək

Bəhreynin daxili işlər nazirliyi bildirib ki, əgər bu ölkənin vətəndaşları Qətərə səfər edərlərsə, onların pasportları ləğv ediləcəkdir.

Mehr xəbər agentliyinin məlumatına görə, Bəhreynin daxili işlər nazirliyi dünən vurğulayıbdır ki, Qətərə səfər edəcək Bəhreyn vətəndaşlarının pasportları sürətlə ləğv ediləcək və onların yenidən pasport almaq üzrə xahişləri də rədd olunacaqdır.

Bundan öncə Ali-Xəlifə rejimi Bəhreyndə yaşayan qətərlilərə və ya qətərli müsafirlərə də Bəhreyn ərazisini tərk etmələri üçün iki həftəlik möhlət vermişdi.

Qətər ilə bir neçə ərəb ölkəsi arasındakı böhran Ərəbistanın Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misirlə birgə 2017-ci il iyunun beşində Qətərin terrorizmi himayə etdiyini və digər ölkələrin daxili işlərinə qarışdığını bildirərək, Doha ilə siyasi və diplomatik əlaqələrini kəsməsindən sonra başalndı.